“Bu tədbirlər vasitəsilə xalqlarımız bir-birinin musiqisi, mədəniyyəti, ədəbiyyatı, sənət irsi ilə yaxından tanış olmaq imkanı əldə edir”
İyunun 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernikin rəhbərliyi ilə dost ölkənin nümayəndə heyətini salamladı. Müxtəlif ölkələrdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin artıq bir ənənə halını aldığını deyən nazir müavini bildirdi ki, bu çərçivədə keçirilən tədbirlər zamanı xalqlar bir-birinin musiqisi, mədəniyyəti, ədəbiyyatı, sənət irsi ilə yaxından tanış olmaq imkanı əldə edir: “Bu gün Belarusun mədəniyyət günlərinin başlanması ilə bağlı Azərbaycanın mədəni həyatında növbəti əlamətdar hadisə baş verir. İyunun 7-dək davam edəcək mədəniyyət günləri ərzində bir neçə böyük tədbir həyata keçiriləcək. Azərbaycan tamaşaçıları Belarus Respublikasının incəsənət ustalarının qala-konsertini dinləyəcək. İyunun 5-də Nizami Kino Mərkəzində Belarus filmlərinin nümayişi başlanacaq. Həmin gün eyni zamanda belaruslu rəssamların əsərlərindən ibarət «Belarus Respublikasının həyat və təbiəti» fotosərgisi açılacaq. Həmçinin Xaçmaz şəhərində mədəniyyət günlərinin davamı olacaq. Daha sonra Mərdəkanda Belarusdan gələn qonaqlarımız konsert proqramı ilə çıxış edəcəklər”.
Nazir müavini vurğuladı ki, Belarusla Azərbaycan arasında mədəni əlaqələrin böyük tarixi var: “Bu münasibətlər həmişə yüksələn xətlə inkişaf edib. İki ildən bir qarşılıqlı mədəniyyət günləri keçirilir. Ötən il Belarusda Azərbaycan Mədəniyyət Günləri çox yüksək səviyyədə gerçəkləşdi. Bu mədəni əlaqələrin davamı kimi Belarus Böyük Akademik Opera və Balet Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun əsərləri, o cümlədən “Məhəbbət əfsanəsi” baleti hazırda repertuardadır. Ölməz bəstəkarımız Qara Qarayevin “Yeddi gözəl” əsəri üzərində də Belarus Opera və Balet Teatrında yaradıcılıq işləri gedir. Bu ilin noyabr-dekabr aylarında əsərin premyerasının həm Belarusda, həm də Azərbaycanda sənətsevərlərə təqdim olunması nəzərdə tutulur”.
Belarus Respublikasının mədəniyyət nazirinin müavini Vasili Çernik qeyd etdi ki, mədəniyyət günləri eyni zamanda Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyinə həsr olunub. Onun sözlərinə görə, tədbirlərdə çıxış etmək üçün özləri ilə Bakıya ən yaxşı mədəniyyət və incəsənət ustalarını gətiriblər: «Ümid edirik ki, onların çıxışı Azərbaycan tamaşaçılarının ürəyincə olacaq. Belarusla Azərbaycan arasında mədəni əlaqələr müvəffəqiyyətlə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də bunu bir daha sübut edir. Ötən il ölkəmizdə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində təqdim edilən proqramlar Belarus tamaşaçıları tərəfindən böyük maraqla qarşılandı».
Rəsmi hissədən sonra tədbirin bədii hissəsinə «Svyata» Belarus Dövlət Xalq Ansamblının çıxışı ilə start verildi. Belaruslu mədəniyyət və incəsənət ustalarının rəngarəng və maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Fəxriyyə Abdullayeva