Fərqli irqə, dinə mənsub insanların birgə yaşaması mədəniyyətin inkişafına töhfədir
   
   Forumun “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru” mövzusunda yeddinci sessiyası da maraqlı müzakirələrlə yadda qaldı.
   
   Beynəlxalq Təhsil İdarəetmə Assosiasiyasının icraçı direktoru Darla Deardofun moderatorluğu ilə keçən sessiyada əvvəlcə Finlandiya Gələcək Tədqiqatlar Mərkəzinin nümayəndəsi, “Millenium” layihəsinin Helsinki ofisinin rəhbəri Sirka Heinoen gənclərin mədəniyyətdə rolu, onların təfəkkürü, qlobal vətəndaşlıq mövzusunda çıxış etdi. Məruzəçi qeyd etdi ki, dünyada dostluq və həmrəylik yalnız insanlar arasında yaxın münasibətləri təmin etməklə mümkündür. Hər kəs təhsil və mədəniyyət baxımından anlaşmanın mümkünlüyünü dərk etməyə çalışmalıdır: “Bu cür dialoqların, hökumət strukturlarında, vətəndaş cəmiyyətlərində keçirilən müzakirələrin böyük əhəmiyyəti var. Müxtəlif cəmiyyətlərdə gələcəklə bağlı fərqli konsepsiyalar mövcuddur. İnsanlar arasında hörmət, qarşılıqlı anlaşma həmişə gözlənilməlidir”.
   Monteneqronun elm naziri xanım Sanya Vlaxoviç ölkəsinin Avropa ilə əməkdaşlığı gücləndirdiyini, qlobal vətəndaşlığın müzakirəsi ilə bağlı artıq ölkəsində elmi şəbəkənin yaradıldığını qeyd etdi: “Burada bütün məlumatlar toplanılır və maraqlı olanlar gənclərə çatdırılır. Biz təhsil və mədəniyyət sahəsində gələcək əməkdaşlıq üçün yeni layihələr üzərində düşünürük. Təbii ki, böyük dəstəyə ehtiyacımız vardır”.
   Sessiyada çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov ölkəmizin qədim dövlətçilik ənənələrindən danışdı. Vurğuladı ki, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların qovuşduğu məkan olub: “Biz inanırıq ki, müxtəlif irqə, dinə mənsub insanların birlikdə yaşaması mədəniyyətin inkişafına öz töhfəsini verəcəkdir. Qloballaşma Azərbaycana mədəni səviyyə ilə yanaşı, sosial, siyasi sahədə də təsirini göstərmişdir. Ölkəmizdə tolerantlıq mövcuddur. Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi buna əyani sübutdur”.
   Gələcək Dünya Cəmiyyətinin Venesuela ofisinin təsisçisi və prezidenti Xose Kordeyro, Beynəlxalq İnkişaf Təşkilatının prezidenti Hans Koçler mövzu ilə bağlı fikirlərini bölüşdülər.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar