Forumun sonuncu, doqquzuncu işçi sessiyası “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuşdu.
   
   Sessiyada çıxış edən Qlobal Dialoq Fondunun icraçı direktoru Pyotr Gorgiyevski inkişaf etmiş vətəndaş cəmiyyəti strukturunun əhəmiyyətindən söz açdı, bu istiqamətdə beynəlxalq proqramlar vasitəsilə əməkdaşlığın vacibliyini vurğuladı. Natiq mədəniyyətlərarası dialoqda vətəndaş cəmiyyətinin rolu ilə bağlı BMT-nin irəli sürdüyü təşəbbüslərlə bağlı fikirlərini diqqətə çatdırdı. “Mərkəzi Asiyadan Mərkəzi Avropaya körpülərin qurulması” adlı yeni regional təşəbbüsə başlanıldığını deyən qonaq ümidvar olduğunu bildirdi ki, Azərbaycan bu təşəbbüsün reallaşmasında mühüm rol oynayacaq.
   Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin mühüm rolundan bəhs etdi. Azərbaycanın mədəniyyətlərarası inteqrasiya prosesinə böyük töhfələr verdiyini vurğulayan deputat bildirdi ki, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılan “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib: “Biz təkcə coğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir”.
   Sessiyada mövzu ilə bağlı müzakirələr aparıldı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar