Noyabrın 6-da Qazaxıstanda “Çingiz Aytmatov və müasir türk dünyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, akademik İsa Həbibbəyli “Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz Aytmatov modeli” mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, səfər çərçivəsində AMEA-nın Ədəbiyyat İnstitutu ilə Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair müqavilənin imzalanması da nəzərdə tutulub.