Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin «Şah Abbas» və «141-ci Don Juan» romanları İstanbulun «İləri» yayım evində nəşr olunub. Əsərləri Türkiyə türkcəsinə Cümhur Turan uyğunlaşdırıb. Kitablar 2-10 noyabr tarixində İstanbulda keçirilən beynəlxalq kitab sərgisində nümayiş olunur.
Bu, Elçin Hüseynbəylinin Türkiyədə nəşr olunan sayca üçüncü kitabıdır. Müəllifin «Silaya dönüş» («Yurda qayıdış») hekayələr toplusu 2011-ci ildə Ankaranın «Bengü» nəşriyyatında işıq üzü görüb.