Dekabrın 18-də Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) 1 saylı filialında - M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının laureatı, şair-publisist Taleh Həmidlə görüş keçiriləcək.
“Nə yaxşı dünyada şair yarandım” mövzusunda tədbirdə müəllifin ədəbi nümunələrindən, publisistikasından söz açılacaq. Ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi tədbirin bədii hissəsində kitabxananın fəal oxucuları T.Həmidin yaradıcılığından nümunələr söyləyəcək, ədəbi-bədii kompozisiya təqdim olunacaq.