İtaliyada “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” kitabı çapdan çıxıb. Nəşrin müəllifi Romulus Erkolino kitabda Məhəmməd Əsəd bəyin (Qurban Səid) Pozitanoda keçirdiyi həyatının son illərindən bəhs edir. Nəşrdə tanınmış Azərbaycan yazıçısının əlyazmaları, dərc olunmamış məktubları və ömrünün son dörd ilini keçirdiyi Pozitano ilə bağlı xatirələri yer alıb. Kitab İtaliyanın bir çox nüfuzlu kitabxanalarına paylanılıb. Məqsəd bu “sirli” Azərbaycan yazıçısı haqqında oxucuları daha geniş məlumatlandırmaqdır.