Azərbaycanda Moldova mədəniyyəti günləri keçirildiyi vaxt Moldova paytaxtı Kişineuda maraqlı mədəniyyət tədbiri gerçəkləşib.
Aprelin 30-da ölkəmizin Moldovadakı səfirliyi iki ölkə rəssamlarının əsərlərindən ibarət “Dostluğun rəngləri” adlı kataloqun təqdimatını keçirib. Kataloq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub.
Kataloqda Azərbaycan rəssamları Nazim Məmmədov, Aqşin Kazımov, Anar Hüseynzadə, moldovalı fırça ustaları Tatyana Frunze, İlya Leu, Aleksandr Alavatski, Liviu Xınku və Yakov Tixmanın əsərləri yer alıb. Onlar Azərbaycan və Moldovada yaradıcılıq ezamiyyətlərində bir yerdə çalışıblar.
Açılış mərasimində Azərbaycanın Kişineudakı səfiri Namiq Əliyev, Moldovanın sabiq prezidenti Vladimir Voronin və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında səmimi təəssüratlarını bölüşüblər, bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətini qeyd ediblər.