Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda gənc yazıçıların və ali məktəblərin tələbə gənclər təşkilatlarının sədr və sədr müavinlərinin iştirakı ilə “Ali məktəblərdə ədəbiyyatın təbliği və müasir ədəbi prosesdə gənclərin rolu” mövzusunda dəyirmi masa keçiriləcək. AYB-nin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ədəbiyyatın təbliğində gənclərin fəallığının artırılması məsələləri müzakirə ediləcək.