Aprelin 29-da paytaxtın Səbail rayonundakı Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Kitabxananın direktoru Gülşən Abbasova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bu mədəniyyət ocağının ona doğma olduğunu bildirib, 1959-cu ildə gənc şair ikən kitabxanada keçirdiyi görüşdən xatirələrini danışıb.
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında Prezident İlham Əliyevin sərəncamına əsasən latın qrafikasında kütləvi nəşr olunmuş kitabların kitabxanalara hədiyyə edilməsini yüksək qiymətləndirib.
Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli yubiley münasibətilə kitabxananın direktoru Gülşən Abbasova qurumun fəxri fərmanını təqdim edib. BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri Xəlil İsmayılov kitabxanaların bugünkü fəaliyyətindən söhbət açıb, müəllifi olduğu kitabları kitabxanaya hədiyyə edib. Tələbəlik çağlarından kitabxananın daimi oxucusu olan fəlsəfə elmləri doktoru, tərcüməçi Rasim Nəbioğlu da kollektiv haqqında xoş sözlər söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar