Mayın 5-də Niyazinin mənzil-muzeyində böyük rus şairi, yazıçı və dramaturq Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr olunan “Lermontov və musiqi” mövzusunda ədəbi-bədii gecə keçirildi.

“NİKoyl Bank”ın dəstəyi ilə keçirilən gecədə muzeyin şöbə müdiri Xanım Abdinova ədibin həyat və yaradıcılığından söhbət açdı.
Bildirdi ki, Mixail Yuryeviç Lermantovu (1814-1841) Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən, ilk növbədə, şairin Şərq mövzusuna müraciəti olub. O, Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirib. Realist duyğuları poetik, nəsr və dram yaradıcılığında özünü göstərib. Şairin bir çox fəlsəfi düşüncələrinə səbəb isə Qafqazda keçirdiyi günlər olub. “Qaya üstündə xaç”, “Vidalaşma”, “Xəncər”, “Şair”, “Peyğəmbər” və s. şeirlər lirik qəhrəmanın romantik duyğularını, həyat müşahidələrini və şəxsi faciəsini əks etdirir. Azərbaycanın görkəmli sənət ustaları Lermontovun bir çox əsərlərini dilimizə tərcümə edib.
Tədbirdə “NİKoyl Bank”ın direktoru Vasili Xamaza, Bakı Slavyan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qalina Şipulina və başqaları çıxış etdilər. Mixail Lermontovun şeirlərinin Azərbaycanda da sevildiyi, sözlərinə musiqi bəstələndiyi vurğulandı.
Gecədə Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova, solist Firuz Məmmədov və başqaları şairin əsərlərinə bəstələnmiş operalardan fraqmentlər və sözlərinə yazılmış mahnıları ifa etdilər. İfalar slayd-şou ilə müşayiət olundu.
Muzeyin foyesində M.Lermontovun əsərlərini Azərbaycan bəstəkarlarının yaradıcılığında əks etdirən sərgi nümayiş olunmuşdu.

Savalan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar