Mayın 3-də paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən Malıbəyli kənd Mədəniyyət evində Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Laçın Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şuşanın işğalının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
MKS-nin direktoru Ofelya Şükürova və Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev çıxış edərək işğal altındakı torpaqlarımızda törədilən erməni vandalizmindən söz açıblar. Tədbir iştirakçıları Laçın Dövlət Rəsm Qalereyasının təşkil etdiyi “Vandalizm uşaqların fırçasında” adlı rəsm sərgisi ilə tanış olublar.
Tədbirin ikinci hissəsində Malıbəyli kənd orta məktəbinin şagirdləri vətən həsrəti, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbirdə Bilindüz, Quşçu, Ağalaruşağı və Mirik kənd kitabxana kollektivləri də iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar