Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yeni Zelandiyanın Türkiyədə və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Taha Makfersonu qəbul edib. Nazir Azərbaycanla Yeni Zelandiya arasında mədəniyyət və turizm əlaqələrinin perspektivləri haqqında danışaraq bu əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin, həmçinin turizm şirkətləri arasında birbaşa təmasın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Əbülfəs Qarayev səfirdən ölkəsinin mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərinə salamlarını çatdırtmağı xahiş edib, onları Azərbaycanda keçiriləcək tədbirlərə, xüsusilə 2015-ci ildə Bakıda təşkil olunacaq III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmək niyyətində olduğunu bildirib.
Səfir Taha Makferson səmimi qəbula görə nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişaf etməsi istiqamətində uğurlu bir addım olduğunu söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar