Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə onun “Çağımızın Siyavuşu” əsərinin yeni nəşri işıq üzü görüb. Kitabı fəlsəfə elmləri doktoru Yadigar Türkel yenidən işləyərək çap etdirib. “Çağımızın Siyavuşu” “Təknur” nəşriyyatında çıxıb.
“2014-cü il çapına ön söz”də Yadigar Türkel xatırladır ki, Məhəmməd Əmin Rəsulzadə “Çağımızın Siyavuşu” əsərini 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra indiki İsmayıllı rayonunun Lahıc kəndində yaşayarkən yazıb. Bu əsər indiyədək “Əsrimizin Siyavuşu” adı ilə çap olunub.
Yadigar Türkel buna qədər Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “Milli birlik”, “Qafqaz türkləri”, “Pantürkizm. Qafqaz sorunu”, “İran türkləri” kitablarını yenidən işləyib çap etdirib.