Mədəniyyət və İncəsənət Universitetində konfrans

Mayın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Qloballaşma prosesi və Heydər Əliyev fenomeni” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Universitetin rektoru, professor Fərəh Əliyeva konfransda çıxış edərək Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadiminin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıb: “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdır. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. O deyirdi: “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Rektor ulu öndərin təhsil və mədəniyyət sahəsindəki konsepsiyalarının tarixi uzaqgörənliklə formalaşdırılmasını diqqətə çatdırıb: “Heydər Əliyevin mədəniyyət konsepsiyası çox dərin və geniş anlayışdır. Bu gün Azərbaycanın təhsil və mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır”.
Bildirilib ki, bu gün Prezident İlham Əliyev ümummilli liderin ideallarını yeni tarixi şəraitdə uğurla həyata keçirir, onun yolunu layiqincə davam etdirir. Eyni zamanda, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması və bu yöndə uğurlu fəaliyyətini ulu öndərin mədəniyyət konsepsiyasının davamı kimi dəyərləndirmək lazımdır: “Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişaf etdirilməsi də əhəmiyyətli yer tuturdu. Onun adını daşıyan Fond da bu sahələrdə layihələrin həyata keçirilməsinə, xüsusilə də milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə yardım edir. Qürurverici haldır ki, bu gün Azərbaycan mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir”.
Konfransda “Heydər Əliyevin mədəniyyət konsepsiyası”, “Heydər Əliyev və ifaçılıq sənəti”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Milli mədəniyyətin hamisi”, “Əvəzolunmaz lider, uzaqgörən şəxsiyyət”, “Heydər Əliyev irsində milli muğam problemləri” adlı məruzələr dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar