Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Turizm Şirkətləri Assosiasiyasının (TURSAB) baş katibi Çetin Gürcünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun da iştirak etdiyi görüşdə iki ölkə arasında turizm sahəsində mövcud əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı turist səfərlərinin intensivləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Əbülfəs Qarayev TURSAB nümayəndələrinin ölkəmizə səfərini yüksək qiymətləndirib və qurumla əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Bu əməkdaşlığın Türkiyədə Azərbaycanın turizm imkanlarının tanıtımına töhfə ola biləcəyi vurğulanıb.
Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı, yeni tikilən hotellər, istirahət mərkəzləri, Şahdağda və Qəbələdə fəaliyyətə başlayan yay-qış turizm kompleksləri, dövlətin bu sahəyə göstərdiyi dəstək barədə qonaqlara ətraflı məlumat verib.
TURSAB-ın baş katibi Çetin Gürcün səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın turizm şirkətləri ilə rəhbərlik etdiyi qurumun üzvlərinin görüşləri mütəmadi olacaq.
Görüşdə Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən ümumi turizm marşrutunun yaradılması məsələsi də müzakirə olunub. Qeyd edilib ki, üç qonşu ölkəni əhatə edən turun təqdim edilməsi bu ölkələrdə turizmin inkişafına müsbət təsir göstərər.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar