Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Sumqayıtda təşkil olunan silsilə tədbirlər çərçivəsində mayın 13-də ulu öndərin abidəsinin önündəki meydanda kitab bayramı keçirilib.

Kitab bayramı Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin və şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları, ziyalılar, mədəniyyət müəssisələrinin kollektivləri və qonaqlar iştirak ediblər.
Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Milli dövlətçiliyimizin memarı”, “Heydər Əliyev fondunun nəşrləri”, “Heydər Əliyev və Azərbaycan tarixi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Böyük yolun davamçısı”, “Dünya ədəbiyyatı”, “Balalara hədiyyə” və s. mövzularda 10 adda sərgi təşkil edib.
Kitab bayramında ulu öndərin kitaba, kitabxanalara dair müdrik kəlamları, ümummilli liderə və müstəqil Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib. Bayramda 5000-ə yaxın kitab nümayiş olunub. Həmçinin M.F.Axundzadə adına Milli Kitabxana, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, şəhər təhsil və səhiyyə şöbələri, “Sumqayıt kitab evi”, “Məktəbli” kitab evi, “Bukinist”, “Bilik” kitab mağazaları, “Altun Kitab MMC” öz stendləri ilə iştirak edib. Kitabsevərlər üçün satış yarmarkası da təşkil edilib. Oxucuların və kitabxana işçilərinin əl işlərindən ibarət nümunələr də tədbir iştirakçılarının marağına səbəb olub.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə “Avesta” əsərindən səhnələşdirilən ədəbi-bədii kompozisiya, şəhər Mədəniyyət və Turizm İdarəsinin yaradıcı kollektivlərinin ifa etdikləri rəngarəng musiqi nömrələri bayram tədbirinə əlavə rəng qatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar