Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru tərəfindən Siyəzən və Ucar rayonlarında mədəniyyət və turizm müəssisələrinin rəhbərləri ilə işçi müşavirələr keçirilib. Müşavirələr zamanı bu rayonlarda dövlət mədəniyyət və turizm siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər geniş müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyəti təhlil olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Çıxış edənlər təmsil etdikləri müəssisələrin mövcud çətinlikləri barədə məlumat verib, problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürüblər.
Müşavirələrdə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun, ölkə Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın mədəniyyət işçiləri tərəfindən dərindən öyrənilməsi zərurəti xüsusi vurğulanıb, mədəniyyət və turizm sahəsində qəbul edilmiş dövlət proqramlarının icra vəziyyəti müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar