Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbir iştirakçıları əvvəlcə akademiyanın foyesində İlyas Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən film və kitab sərgisi ilə tanış olublar.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dövlətimizin başçısı tərəfindən ölkəmizdə elm və mədəniyyət xadimlərinə göstərilən yüksək diqqət və qayğını önə çəkərək Prezident İlham Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətini vurğulayıb.
Elmi sessiyada filologiya elmləri doktoru, professor Şirindil Alışanlının “Milli bədii fikrin inkişafında İlyas Əfəndiyev fenomeni”, filologiya elmləri doktoru Tehran Əlişanoğlunun “İlyas Əfəndiyevin romanlarında sosial utopiya”, filologiya üzrə fəlsəfə doktoru Safurə Quliyevanın “İlyas Əfəndiyevin dramlarında sosial mühit” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “İlyas Əfəndiyev və teatr” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Xalq yazıçısının yaradıcılığına ətraflı nəzər salınıb, müxtəlif səpkili əsərləri geniş elmi təhlilə cəlb edilib. Ədibin yaradıcılıq axtarışları, obrazlarda yaşadılan fikir və düşüncələri, milli dramaturgiyamızda yeni üsluba imza atması, əsərlərində mənəvi-əxlaqi dəyərlərə xüsusi önəm verilməsi kimi məsələlərdən əhatəli söhbət açılıb. Tədbirdə İlyas Əfəndiyevin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar