Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma keçirib. Mayın 26-da tədbirə yekun vuruldu.

Mərasimdə kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş müsabiqənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, yarışmanın əsas məqsədi uşaqları dünya xalqlarının mədəniyyətləri, adət və ənənələri, musiqiləri ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlara tolerantlıq hissini aşılamaq, istedadları üzə çıxarmaq, uşaqları ekologiyanı qorumaqla bağlı maarifləndirməkdir. Yarışmada paytaxtın 12 rayonunun uşaq yaradıcılıq mərkəzinin üzvləri müxtəlif ölkələrin mədəniyyətini təqdim etməli idi.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi, növbəti illərdə bu yarışmanın beynəlxalq səviyyədə keçirilməsini arzu etdi.
Sonra beş nominasiya üzrə keçirilən yarışmanın qalibləri mükafatlandırıldı. Kuklaların hazırlanması nominasiyasında Səbail, kuklalara milli geyimin düzgün seçilməsində Binəqədi, nağıl nominasiyasında Qaradağ, təqdimat-slaydların (video və ya foto) hazırlanmasında Yasamal, təmsil olunan ölkənin milli rəqsinin ifasına görə Xəzər rayonunun uşaq yaradıcılıq mərkəzi qalib elan olundu. Bütün nominasiyalar üzrə qaliblərə diplom və hədiyyələr verildi.
Yarışmanın qalibi olan Nizami rayon uşaq yaradıcılıq mərkəzinin rəqs kollektivi isə kubok və diplomla təltif olundular. Kollektivə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir ədəd kompyuter də hədiyyə olundu. Bundan başqa, yarışmada fəal iştirak etdiyinə görə Nəsimi, Sabunçu, Xətai, Nərimanov, Suraxanı və Pirallahı rayonlarının uşaq yaradıcılıq mərkəzlərinin kollektivlərinə də diplom və hədiyyələr verildi. Sonda uşaq yaradıcılıq mərkəzləri kollektivlərinin ifasında konsert təqdim olundu.

Fariz Hüseynov






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar