Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu maddi-mədəniyyət abidələrimizin qorunması üçün ciddi addımlar atır. Fondun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də silsilə tədbirlər həyata keçirilir. Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən ənənəvi “Qala festivalı” da bu qəbildən daha bir yaddaqalan hadisə oldu.
“Qala festivalı” Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Festivala qatılanlar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət və tarixi sirlərinin daşıyıcısı olan - Qalanın özünəməxsusluğu haqqında məlumat əldə etmək imkanı qazanıblar.
Festival çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə III beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilib. Layihədə iştirak edənlər istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, metal qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.
1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində keçirilən festivalda balacalar əsl bayram əhvalı yaşayıblar. Uşaqlar xüsusi qatarlarda qədim ərazini gəzib, oyun meydançasında kəndirbazların çıxışına baxıb, müxtəlif oyunlarda iştirak ediblər.
Festivalda Rusiya Federasiyasının Həştərxan vilayəti, Pakistan, Bosniya və Herseqovinadan olan qonaqlar da iştirak ediblər.
Festivalın daha bir guşəsi-rəsm sərgisi olub. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksinin tacir evində milli musiqimiz səslənib, təndir çörəyi bişirilib, qonaqlar çaya dəvət olunublar. Bir sözlə, “Qala festivalı” hər kəsdə xoş əhval-ruhiyyə yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar