Azərbaycanda yaşayan xalqların milli özünəməxsusluğunun qorunub saxlanılmasında əvəzolunmaz rol oynayan mədəniyyət sahəsi ölkə rəhbərliyinin göstərdiyi qayğı və xüsusi diqqət nəticəsində son illər mühüm inkişaf dövrünü yaşayır. Eyni zamanda uzun illər davam edən informasiya müharibəsi kontekstində ölkəmizin dünyada tanıdılması və Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mədəniyyət siyasətinin potensialına müraciət əhəmiyyətli şəkildə artmışdır.
İnformasiya mənbələrinin çoxluğunu, virtual məkanın aktuallığını, sosial şəbəkələrin cərəyan edən ictimai proseslərə təsir etmək imkanlarını və səmərəli informasiya mübadiləsinin təmin olunmasında mühüm rolunu nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi sosial şəbəkələrin ən fəal üzvləri sayılan tələbələrlə mütəmadi işin aparılması üçün yeni layihələr həyata keçirmək niyyətindədir. Sözügedən istiqamətdə ölkəmizin yaradıcı ali məktəblərinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası) tələbələri ilə görüşlərin təşkili nəzərdə tutulur.
İlk görüşlər 30 və 31 may tarixlərində müvafiq olaraq Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının tələbələri ilə keçirilib. Görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Asif Usubəliyev və Cavid Əliyev iştirak ediblər. Səmərəli və işgüzar şəraitdə keçən görüşlər çərçivəsində tələbələrə sosial şəbəkələr və onların potensialları haqqında geniş məlumatlar verilib və sözügedən istiqamətdə birgə əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar