İyunun 1-də Filarmoniya bağında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Kitab bayramı-2014” münasibətilə mədəni-kütləvi bayram tədbiri təşkil edilib.

İki tədbirin birlikdə keçirilməsində əsas məqsəd uşaqların bayramını səmərəli və əyləncəli keçirmək, uşaq ədəbiyyatını təbliğ etmək, uşaqların kitablara marağını artırmaqdır.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrin musiqi və rəqs kollektivlərinin üzvləri, tanınmış incəsənət ustaları çıxış ediblər. Rəsm əsərləri, uşaq ədəbiyyatı, bir sıra kitab evlərinin və nəşriyyatların müxtəlif nəşrlərindən ibarət sərgi-satış təşkil olunub. Uşaq incəsənət məktəblərinin şagirdlərinin əl işləri də maraqla qarşılanıb.
Tədbirdə gənc rəssamlar molbert üzərində bacarıqlarını nümayiş etdirərək sərbəst mövzuda rəsmlər çəkiblər. Məktəblilərdən ibarət “Gitaraçalanlar ansamblı” musiqili kompozisiyalar, uşaq yaradıcılıq mərkəzlərinin üzvləri rəqslər ifa ediblər, kitabxana oxucuları isə şeirlər söyləyiblər. Uşaqların əylənməsi və vaxtlarını şən keçirməsi məqsədilə Bakı Uşaq Teatrı və M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin xalq kukla teatrı tamaşa və nağıllar səhnələşdirib, kloun və nağıl qəhrəmanlarının iştirakı ilə hədiyyəli viktorinalar və yarışmalar keçirilib.
Tədbir uşaqlara əsl bayram sevinci yaşadıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar