Quruma təqdim olunan qeyri-maddi mədəni irs nümunələri üzrə yeni Qiymətləndirici orqan yaradılıb

2-5 iyun tarixində Parisdə, UNESCO-nun baş qərargahında “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiya”nın iştirakçı dövlətlərin Baş Assambleyasının 5-ci sessiyası keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ildən 2014-cü ilədək fəaliyyətinə dair hesabat, reprezentativ siyahıya daxil edilmiş elementlərin mövcud vəziyyəti haqqında məruzələr dinlənilib, həmçinin sözügedən komitənin üzvləri müəyyənləşib. Türkiyə birinci elektoral qrupdan Hökumətlərarası Komitəyə üzv seçilib. Üzvlük seçkilərin keçirildiyi tarixdən başlayaraq dörd il müddətində icra olunacaq.
Müzakirə edilən ən əsas məsələlərdən biri də 2015-ci ildən etibarən UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil ediləcək elementləri qiymətləndirən strukturun dəyişdirilməsi olub. İndiyədək bu struktur iki hissədən ibarət (Köməkçi orqan və Məşvərətçi orqan) idi. Müzakirələrdən sonra yeni struktur - Qiymətləndirici orqan - təsis etmək barədə qərar qəbul olunub. Qiymətləndirici orqan əvvəlki iki orqanın funksiyalarını yerinə yetirəcək. Qeyd edilən struktur dəyişikliyi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 2013-cü ilin 2-7 dekabr tarixində Bakıda keçirilən 8-ci sessiyasında təklif edilmişdi.
Səfər çərçivəsində Azərbaycan heyətinin Latviya, Türkiyə, Tunis, Yunanıstan, Macarıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə mədəni əlaqələrin möhkəmləndirilməsi məsələləri, yeni Qiymətləndirici orqanın funksiyaları, Hökumətlərarası Komitəyə seçkilər, həmçinin bu il ölkələr tərəfindən "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"ya daxil edilməsi üçün təqdim edilən nominasiyalar müzakirə olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar