Avropa Şurasının dəstəyi ilə Bakıda beynəlxalq konfrans keçiriləcək

İyulun 4-də “Four Seasons” hotelində Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək. Konfrans Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunacaq.
Tədbirə Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin hökumət rəsmilərinin, mədəniyyət institutları və peşəkar birliklərin nümayəndələrinin, tədqiqatçıların və vətəndaş cəmiyyəti təmsilçilərinin - 100-dən çox iştirakçının qatılacağı gözlənilir.
Beynəlxalq konfransda Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.
Tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanır. İyulun 5-də qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar