İyunun 30-da Azərbaycan Mətbuat Şurasında “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirilib.

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi sayca üçüncü toplantıda dilçilik üzrə alimlər, media rəhbərləri iştirak edib.
“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun aylarını əhatə edən layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirmək, mövcud problemlər barədə ictimaiyyəti məlumatlandırmaq olduğunu bildirib. Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əhəmiyyətindən danışan R.Hüseynzadə sənəddən irəli gələn vəzifələrdən söz açıb. Bu mənada kütləvi informasiya vasitələrinin də üzərinə məsuliyyət düşür.
Layihədə ekspert qismində iştirak edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövzu ilə bağlı fikirlərini bölüşüblər. Digər çıxış edənlər də “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyac olduğunu vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar