Səfər çərçivəsində “Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində 2014-2016-cı illər üçün əməkdaşlıq proqramı” imzalanıb. Sənədi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın mədəniyyət naziri Vladimir Medinski imzalayıblar.
İmzalanmadan sonra nazirlər mətbuata açıqlama veriblər. Əbülfəs Qarayev bildirib ki, iki dövlət arasında humanitar siyasət sahəsində əməkdaşlıq haqqında dövlətlərarası müqavilə mövcuddur: “Müqavilə elm, mədəniyyət, təhsil və digər sahələri əhatə edir. İki ildən sonra biz yenə də müqavilə imzalayacağıq və birgə səylərimizi bu müqavilə çərçivəsində davam etdirəcəyik”. Nazir mədəniyyətlərarası münasibətlərin bundan sonra da səmərəli inkişaf edəcəyinə əminliyini bildirib.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski qeyd edib ki, iki ölkəni təkcə müqavilə, hüquqi sənədlər deyil, həm də nazirlik və regionlar səviyyəsində daimi sıx fəaliyyət birləşdirir. Rusiyanın bir sıra regionları Azərbaycanın mədəniyyət müəssisələri ilə birbaşa, çox səmərəli işləyirlər. Rusiyalı nazir də ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu deyib.
Bildirilib ki, iki ölkə arasında qarşılıqlı sərgilərin, teatr və ifaçılıq kollektivlərinin qastrollarının təşkili, kinematoqrafiya sahəsində birgə fəaliyyətin dəstəklənməsi, ixtisasartırma üçün şəraitin yaradılması, müəllimlərin yaradıcılıq təcrübələrinin öyrənilməsi, mədəni irsin qorunub saxlanılmasına və bərpa edilməsinə dair informasiya mübadiləsi imzalanan əməkdaşlıq proqramının prioritet vəzifələridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar