İyunun 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri, tanınmış yazıçı, şair Quram Odişariya ilə görüşüb. Gürcüstanlı nazir Azərbaycan Yazıçılar Birliyinin 12-ci qurultayı və 80 illik yubiley mərasimində iştirak məqsədilə ölkəmizə gəlib.
Əbülfəs Qarayev qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli təmasların artırılmasının və bu əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Gürcü nazir Azərbaycana səfərinin yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əmin olduğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar