Mədəniyyət müəssisələrinin işçiləri üçün növbəti kurslar yekunlaşıb

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ayrı-ayrı istiqamətlər üzrə mütəmadi treninq-kurslar təşkil edir.
Növbəti belə tədbir 10-14 iyun tarixində teatrların baş rejissorları və ədəbi-bədii hissə müdirləri üçün keçirildi. Bu barədə məlumat verən mərkəzin direktoru Ramazan Şabanov bildirdi ki, budəfəki treninq-kurslar çox uğurla reallaşıb. Respublikanın tanınmış mütəxəssisləri, professorlar, dosentlər, nazirliyin məsul şəxsləri dinləyicilər qarşısında çıxış ediblər, diskussiyalar aparılıb: “Budəfəki treninqlərə 30-a yaxın dinləyici qatılıb. Dinləyicilərə işin səmərəli təşkili üçün nəzəri biliklər çatdırılıb və təcrübə mübadiləsi aparılıb. Məqsəd işin keyfiyyətinin günün müasir tələbləri səviyyəsində qurulmasını təmin etmək, bu sahədə baş vermiş yenilikləri və dövlət siyasətini dinləyicilərə çatdırmaqdır”.
Tədbirin sonunda dinləyicilərə diplom və sertifikatlar verildi. Treninq iştirakçılarından bir neçəsinin fikirlərini öyrəndik.
Gəncə Dövlət Dram Teatrının ədəbi-bədii hissə müdiri Günay Məmmədova kursun əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, bu cür treninqlər teatrlarımızın inkişafına müsbət təsir göstərir: “Bu təlimlər çox maraqlı və əhəmiyyətlidir. Həmkarlarımızla təcrübə mübadiləsi aparmaq üçün imkan yarandı. İstərdim ki, belə kurslar gələcəkdə də davamlı olsun”.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov da kursun əhəmiyyətini vurğuladı, təşkilatçılara minnətdarlığını bildirdi: “Burada baş rejissorlar, ədəbi hissə müdirləri, teatrların bədii rəhbərləri ilə daha yaxından görüşüb, fikir mübadiləsi apardıq. Təlimlər diskussiya şəklində qurulmuşdu. Mövcud olan problemlər müzakirə olunaraq çıxış yolları araşdırıldı, yaranan bir çox suallara aydınlıq gətirildi”.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 19 noyabr 2013-cü il tarixli “Teatr, tamaşa, konsert müəssislərində icra intizamı barədə” kollegiya iclasının qərarına əsasən Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi üç mərhələdə kurslar təşkil edib. Birinci mərhələdə kurslara baş mühasib və mühasiblər, ikinci mərhələdə isə mədəniyyət və turizm şöbələrinin rəhbərləri cəlb olunub. Təlimlərdə ümumilikdə 100-dən çox dinləyici iştirak edib.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar