İyulun 8-də “Four Seasons” mehmanxanasında Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə “Azərbaycan memarlığı - yeni nəşrlər” adlı təqdimat mərasimi keçirilib. İştirakçılar əvvəlcə Azərbaycanın zəngin memarlıq nümunələrindən bəhs edən kitablara, jurnallara baxıb, müxtəlif memarlıq layihələri ilə tanış olublar.
Tədbiri Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə açaraq son bir ildə Azərbaycan memarlığına aid müxtəlif dillərdə 25 kitab nəşr etdirdiklərini, bu nəşrlərin ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi ilə hazırlandığını bildirib: “İl yarım əvvəl Azərbaycan Memarlar İttifaqının qurultayında möhtərəm Prezidentimiz bizə dəyərli tövsiyələr verdi, memarlıq sənətinin dünənini, bu gününü özündə əks etdirəcək kitabların nəşrinin vacibliyini dedi. Bu işdə səriştəmiz az olduğundan mütəxəssislərlə məsləhətləşdik, redaksiya heyəti yaratdıq və kitablarımızın nəşrinə başladıq. Bizə dəstək verən, kömək edən hər kəsə minnətdarlığımızı bildiririk”.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin, iqtisadiyyatının inkişafından söhbət açıb, memarlıq tariximizin yeni nəşrlərə köçürülməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Nazir mədəniyyət abidələrimizin yeni formatda, maraqlı, gənclərimizin, turistlərin diqqətini cəlb edəcək şəkildə təqdimatına ehtiyac olduğunu diqqətə çatdırıb.
Təqdimatda digər çıxış edənlər “Azərbaycan Respublikasının müasir dövrünün memarlıq nümunələri”, “Erkən kapitalizm dövrünün memarlıq nümunələri”, “Orta əsrlərin memarlığı”, “Bakının memarlıq ensiklopediyası”, “Azərbaycan memarlığının inkişaf yolları” və digər nəşrlərin xarici ölkələrdə də yayılmasını tövsiyə ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar