Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi iyulun 8-dən ölkənin 4 regionunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və tarix-diyarşünaslıq muzeylərinin işçilərinin peşəkarlığının artırılması məqsədilə səyyar seminar-treninqlər keçirir.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan ilk seminarda Masallı, Cəlilabad və Yardımlı rayonlarının mədəniyyət müəssisələrinin işçiləri iştirak edirdi. Tədbiri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov açıb. Mərkəzin elmi işçisi Rəfiqə Nəsirova ulu öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti, dahi rəhbərin mədəniyyətin inkişafına verdiyi töhfələr barədə danışıb.
Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev irsinin elmi araşdırmalar departamentinin direktoru, tarix üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, Azərbaycan İstiqlal Muzeyinin fond müdiri Aida Axundova, Tahir Salahovun ev-muzeyinin direktoru Səadət Mirzəyeva, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədli və Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin böyük metodisti Samirə Cəlilovanın məruzələri dinlənilib. İxtisasartırma Mərkəzinin direktor müavini Nəzakət Rəhmanovanın dinləyicilərlə apardığı diskussiyalar da maraqla qarşılanıb.
Sonda seminar-treninqə qatılan 22 dinləyiciyə sertifikatlar təqdim edilib. Layihənin ikinci mərhələsi Lənkəranda keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar