Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən muzey işçiləri üçün keçirilən səyyar seminar-treninqlər davam edir. Xəbər verdiyimiz kimi, ilk seminar ötən həftə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarının muzey işçiləri üçün təşkil edilmişdi.
İyulun 15-də Lənkəran şəhərində layihənin ikinci mərhələsi başlanıb. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimovdan aldığımız məlumata görə, seminarda Lənkəran, Lerik və Astaradan Heydər Əliyev mərkəzlərinin və muzeylərin əməkdaşları iştirak edir.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanovun rəhbərliyi ilə keçirilən seminar-treninqlərdə qurumun direktor müavini Nəzakət Rəhmanova, əməkdaşlar Kəmalə Şahverdiyeva, Samirə Cəlilova, Turan Məmmədova, Kamran Musayev, Rafiqə Nəsirova, Bəhram Məmmədli muzey işi ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyurlar. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən seminarlar iyulun 19-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar