Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

İyulun 21-də Mədəniyyət və Turizm Nazirliyində Firudin Qurbanovun yeni vəzifəyə yolasalma mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəhbər işçiləri iştirak ediblər.
Firudin Qurbanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Əbülfəs Qarayev ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, cənab Prezidentin Firudin Qurbanovun işinə verdiyi qiymət, onun fəaliyyətini dəyərləndirməsi və yüksək etimad göstərməsi bizi sevindirir.
Firudin Qurbanovun uzun müddətdir dövlət işində səmərəli fəaliyyət göstərdiyini deyən Əbülfəs Qarayev onun yeddi ildən artıq çalışdığı Mədəniyyət və Turizm Nazirliyində təcrübəli kadr və təşkilatçı kimi kollektivin böyük hörmətini qazandığını vurğulayıb. Firudin Qurbanovla daha öncə Gənclər və İdman Nazirliyində də birgə çalışdıqlarını xatırladan nazir onun həm son dərəcə səmimi və təvazökar insan olduğunu qeyd edib.
Firudin Qurbanova yeni vəzifədə uğurlar arzulayan Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında sıx əlaqələr olduğunu, müştərək layihələrin, tədbirlərin həyata keçirildiyini söyləyərək ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq bundan sonra daha da möhkəmlənəcək.
Nazir Firudin Qurbanovu nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib.
Ona göstərilən yüksək etimada görə ölkə başçısına xüsusi minnətdarlığını bildirən Firudin Qurbanov bu etimadı doğruladacağını və öz fəaliyyətində daim Azərbaycan təhsilinə, mədəniyyətinə səmərəli töhfələr verməyə çalışacağını vurğulayıb. O həmçinin Mədəniyyət və Turizm Nazirliyində işlədiyi illərin əmək bioqrafiyasında xüsusi yeri olduğunu qeyd edərək nazirliyin kollektivinə təşəkkür edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar