Avqustun 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Rusiya soydaşlarının Azərbaycandakı hüquqi mövqeləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Qaradağ Rayon İcra Hakimiyyətinin, Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Müdafiəsi Fondunun, Rusiyanın Azərbaycandakı səfirliyinin və Azərbaycanın Rus İcmasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik diyar olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda tarix boyu bütün xalqlar qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər şəraitində yaşayıblar.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş millətlərarası münasibətlərdən bəhs edib, ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və digər çıxış edənlər ölkəmizdə milli azlıqlara öz milli-mədəni dəyərlərini qorumaq və inkişaf etdirmək üçün hər cür şəraitin yaradıldığını, o cümlədən rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının fəaliyyət göstərdiyini vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar