Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dini icma nümayəndələri ilə görüş

Avqustun 12-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının dini icmaların nümayəndələri ilə görüşü keçirilib.

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimlərinin, ziyalıların və rayon ağsaqqallarının qatıldıqları tədbirdə çıxış edən Mübariz Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. Dövlət Komitəsinin sədri bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var.
Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulanıb. Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib. Bildirilib ki, şimal regionunda 200-dən çox məscid var. Sonda komitə sədri iştirakçıları maraqlandıran sualları cavablandırıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar