Məşhur müğənni maestroya həsr olunmuş sənədli filmin çəkilişində iştirak edib

Avqustun 9-da Müslüm Maqomayevin ömür-gün yoldaşı, məşhur opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində olub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova qonağa Niyazinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, mənzil-muzey 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılıb. Muzey dəhliz və 5 otaqdan - yemək, yataq, iş otaqları (memorial otaqlar), ekspozisiya və qonaq otaqlarından ibarətdir. Niyazinin mənzil-muzeyinin kolleksiyasında 6200-dən artıq eksponat qorunub saxlanılır. Burada müntəzəm olaraq görüşlər, yaradıcılıq və xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir ki, hər ayın ilk çərşənbəsi klubun təşəbbüsü ilə maraqlı tədbirlər keçirilir.
SSRİ Xalq artisti Tamara Sinyavskaya Niyazi ilə bağlı xatirələrini söyləyib, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, görkəmli müğənni Niyazinin mənzil-muzeyində həmçinin maestroya həsr olunan yeni sənədli filmin çəkilişində də iştirak edib. Filmin bədii rəhbəri Eldar Quliyev, ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərovadır. Filmin premyerasının Niyazinin mənzil-muzeyinin 20 illiyi ilə əlaqədar sentyabrın 18-də keçirilməsi nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar