Novosibirskdə “Həmrəylik” adlı tədbir keçirilib

Rusiyanın Novosibirsk şəhərində Türkdilli Xalqlarla Slavyan Xalqlarının Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Həmrəylik” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun 10 illik yubileyinə, fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə həsr olunmuş “Azərbaycan - Rusiya dostluq körpüsü” adlı elmi-nəzəri konfrans və musiqili ədəbi-bədii gecə gerçəkləşib.
Mərasimdə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Soltanov, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Rusiyada yaşayan şair-publisist Mirkazım Seyidov və novosibirskli ziyalılar iştirak ediblər.
Tədbirdə Mirkazım Seyidovun Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış “Birinci xanım” poemasının təqdimatı keçirilib.
Rusiyalı rejissor Vladimir Krılovun hazırladığı yubiley konsertində xalq artistləri Bilal Əliyev, Simarə İmanova, müğənni Sədaqət Ulduz çıxış ediblər. Novosibirskin “Qlobus” Dram Teatrının aktyoru Niyaz Ospanbayevin ifasında böyük müğənni Müslüm Maqomayevin repertuarından mahnılar səslənib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar