Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin mədəniyyət naziri Teresa Parodi ilə görüşüb. Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkənin dünya mədəniyyətinə və incəsənətinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Səfir Məmməd Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, mədəniyyət sahəsində dövlət siyasəti, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində görülən işlər barədə danışıb. Tərəflər Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin, proqramların və tədbirlərin təşkili məsələlərini müzakirə ediblər.