Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində sərgi

Sentyabrın 15-də Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin və Avropa Şurasının BMT-nin Cenevrə bölməsi yanında nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Avropa kökləri” seriyasından “Qaranlıq işıqlar” adlı incəsənət sərgisi açılıb.
Ölkəmizin BMT-nin Cenevrə bölməsində daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli və Avropa Şurasının BMT-nin Cenevrə bölməsindəki təmsilçisi Petru Dumitriu açılışda çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərgi Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.
Sərgidə ruhi cəhətdən əlilliyi olan Aleksandr Alpeyrienin əsərləri nümayiş etdirilir. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən sənətkarın rəqəmsal incəsənət işlərinin çapına dəstək göstərilib.
Tədbirdə BMT-nin İnsan Hüquqları Şurasının prezidenti, Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin sədri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri, İsveçrədə yaşayan soydaşlarımız və azərbaycanlı tələbələr iştirak ediblər.
Sərgi sentyabrın 26-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar