“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş yazı müsabiqəsinə yekun vurulub

Sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin birgə keçirdiyi “Əsrin müqaviləsi” - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusunda məqalə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, 1994-cü il sentyabrın 20-də imzalanan və ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan “Əsrin müqaviləsi” ölkəmizin inkişafı, xalqımızın rifahı, Azərbaycanın dünya dövlətləri içərisində özünə layiqli yer tutması istiqamətində görülən işlərin ən uğurlu başlanğıc nöqtəsi olub. Qeyd olunub ki, Azərbaycanın müstəqil neft strategiyasının və sosial-iqtisadi tərəqqisinin əsasını qoymuş bu tarixi hadisənin 20 illiyi münasibətilə keçirilən tədbirlərə töhfə olaraq Mətbuat Şurası və «SOCAR-AQŞ» MMC jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Üç istiqamət (“Heydər Əliyev - milli neft strategiyasının banisi”, “Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti” və “Əsrin müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı” mövzuları) üzrə keçirilən müsabiqəyə ümumilikdə 52 yazı təqdim edilib. Hər istiqamət üzrə ayrılıqda 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşdirilib. Həmçinin 17 yazı müəllifi həvəsləndirici mükafata layiq görülüb.
Milli Məclisin vitse-spikeri Bahar Muradova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov, «SOCAR-AQŞ» MMC-nin baş direktoru Ramin İsayev “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər. Çıxış edənlər müsabiqədə qalib gəlmiş media təmsilçilərinə təbriklərini çatdıraraq əlamətdar tarixin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından ölkə jurnalistikasının üzərinə mühüm missiyanın düşdüyünü vurğulayıblar.
Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Qaliblərə Mətbuat Şurasının və «SOCAR-AQŞ» MMC-nin plaket və diplomları da təqdim edilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin redaktoru Vüqar Əliyev də var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar