Oktyabrın 8-də Almaniyanın Frankfurt şəhərində ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası işə başlayıb. Dünyanın ən böyük kitab bayramlarından olan yarmarkada ölkəmiz də artıq bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunur. Ötən illərdə nazirliyin dəstəyi ilə təşkil olunan milli stendimizdə ölkəmizin zəngin mədəniyyəti, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsi, kitab sənəti nümayiş etdirilib. Stendimiz ziyarətçilərin, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın, türk icması təmsilçilərinin böyük marağına səbəb olub.
Builki sərgidə də Azərbaycanın nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin nümayiş etdirilməsi məqsədilə mütəxəssislər və yerli nəşriyyat nümayəndələrindən ibarət heyət Frankfurta yola düşüb.
Frankfurt sərgi-yarmarkası beynəlxalq sərgilər sırasında iştirakçı və ziyarətçi sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması ilə seçilir. Hər il sərgiyə təqribən 250 mindən çox ziyarətçi qatılır.
Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 220 illik yubileyi qeyd edilən görkəmli şair Mirzə Şəfi Vazehlə bağlı tədbirin keçirilməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitab və digər nəşr məhsullarının, habelə çox sayda turizm materiallarının nümayişi, 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.
66-cı Frankfurt kitab yarmarkasının fəxri qonağı Finlandiyadır. Sərgi-yarmarka oktyabrın 12-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar