Turizm İnstitutunda akademik Ramiz Mehdiyevin kitabının müzakirəsi
Oktyabrın 24-də Azərbaycan Turizm İnstitutunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş «Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti» kitabının birinci hissəsinin müzakirəsi keçirilib.
İnstitutun rektoru, professor Cəfər Cəfərov tədbirdə çıxış edərək akademik Ramiz Mehdiyevin tariximizə güzgü tutan bu kitabının fundamental bir əsər kimi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik bitkin və sistemli baxışın məhsuludur.
Tədbirdə çıxış edənlər kitabın tariximizdəki şəxsiyyət və hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılmasına mühüm töhfə, Azərbaycan tarixini öyrənənlər üçün çox dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Yaxın vaxtlarda «Şərq-Qərb» nəşriyyatında kitabın ikinci hissəsi çapdan çıxacaq.
Fəxriyyə