Ölkəmizin Niderland Krallığındakı səfirliyində “Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində “Müasir Azərbaycan ədəbiyyatı” mövzusunda ədəbi-bədii gecə keçirilib. Səfirliyin birinci katibi Aliyə Ağazadə tədbirdə çıxış edərək Azərbaycan ədəbiyyatı haqqında danışıb, müasir Azərbaycan yazıçıları, şairləri barədə məlumat verib.
Sonra Niderlandda yaşayan və holland dilində əsərlər yazan Gülşən Lətif, naşir və tərcüməçi Ari van der Ent, yazıçı Qer Oskam və başqaları çıxış ediblər. Ədəbi-bədii gecə Niderland fortepianoçusu Sara Krombaxın ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Qonaqlara Qurban Səidin “Əli və Nino”, Gülşən Lətifin “Eyni çətir altında” kitabları, “Bakı” və “İrs” jurnalları paylanılıb.