Noyabrın 14-də Azərbaycan İstiqlal Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş “Müstəqillik yollarında” adlı tədbir keçirildi. Tədbiri İstiqlal Muzeyi və Təhsil Nazirliyinin Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi birgə təşkil etmişdi.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndi. Sonra Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompyuter Kollecinin tələbələrinin çıxışları dinlənildi. Gənclər Azərbaycan tarixinin şərəfli səhifəsi olan müstəqillik salnaməmizdən, ölkəmizin suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman vətən oğullarından söz açdılar, onların xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə gənclərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirildi.

Fariz