“Nə­bi Xəz­ri­nin 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si haq­qın­da” Pre­zi­dent İl­ham Əli­ye­vin 25 iyun 2014-cü il ta­rix­li sə­rən­ca­mı əsa­sın­da Su­ra­xa­nı ra­yo­n MKS-nin 3 say­lı Zığ qə­sə­bə ki­tab­xa­na­sın­da ədə­bi-bə­dii ge­cə ke­çi­ri­lib. Q.Qəh­rə­ma­nov adı­na 65 say­lı tam or­ta mək­təb­lə bir­gə təş­kil edi­lən “Hə­qi­qə­tin ilk xə­ya­lı...” baş­lıq­lı ge­cə­də ki­tab­xa­na­nın fə­al oxu­cu­la­rı, poe­zi­ya hə­vəs­kar­la­rı, mək­tə­bin şa­gird və müəl­lim he­yə­ti iş­ti­rak edib.
Ön­cə şai­rin hə­yat yo­lu­nu əks et­di­rən vi­deo qo­naq­la­ra təq­dim olu­nub. Son­ra apa­rı­cı Nə­bi Xəz­ri­nin hə­yat və ya­ra­dı­cı­lı­ğın­dan mə­lu­mat­la­rı diq­qə­tə çat­dı­rıb. Ki­tab­xa­na­nın fə­al oxu­cu­su H.A­nar şai­rin söz­lə­ri­nə bəs­tə­lən­miş “Kə­pə­nək” mah­nı­sı­nı ifa edib. Fə­al oxu­cu­lar və mək­tə­bin şa­gird­lə­ri Nə­bi Xəz­ri­nin “Ay və gün”, “Sə­ni ta­nı­dıq­ca”, “Kəh­kə­şan”, “Din­lə tə­biə­ti”, “Sal­xım sö­yüd­lər”, “A­na di­lim” və s. şeir­lə­ri­ni səs­lən­di­rib­lər. Saz­da “Şair və şah”, “Sə­ni gö­rə­cə­yəm ha­çan, Qa­ra­bağ?” mah­nı­la­rı ifa olu­nub. Ki­tab­xa­na iş­çi­si Ə.­Za­bi­tə­nin ha­zır­la­dı­ğı “Müx­bir və N.Xəz­ri­nin xə­ya­lı” səh­nə­ləş­di­ril­miş par­ça­sı da ma­raq­la qar­şı­la­nıb.