Moskvada 20 Yanvar haqqında kitab-albomun təqdimatı

Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub. Layihənin rəhbərləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Matəm tədbirini açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu 25 il əvvəlki tarixə qısa ekskurs edərək vurğulayıb ki, sovet ordusunun 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qırğın Azərbaycan xalqı üçün son nöqtə oldu: “Çoxları başa düşdü ki, belə ölkədə yaşamaq olmaz. Məhz belə çətin anda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də bu binaya gəldi və bu hadisəni ilk dəfə cinayət adlandıran siyasi bəyanat verdi”.
Səfir vurğulayıb ki, Azərbaycanda 1990-cı il hadisələrini bugünkü Rusiya ilə əlaqələndirmirlər: “Bu hadisələr Sovet İttifaqında baş verib. Bunu rus xalqı yox, Sovet İttifaqının rəhbərləri ediblər. Bakıda Şəhidlər xiyabanı var və müxtəlif ölkələrin ən yüksək vəzifəli rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin bu xiyabana gedərək əklil qoyublar. Bu hadisələr Azərbaycan hökumətində, ictimaiyyətində, diplomatiyasında bizim rus xalqı, rus mədəniyyəti və müstəqil Rusiya Federasiyası ilə münasibətlərimizə təsir edən iz qoymur”.
Faciənin 25-ci ildönümünə həsr edilmiş “20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunu təqdim edən səfir qeyd edib ki, bu fundamental nəşrdə həmin hadisələri əks etdirən nadir fotoşəkillər və materiallar yer alıb: “Bu şəkillərə baxmaq ağrı və əzab gətirir, lakin biz bunu yaddan çıxarmamalıyıq”.
Mərasimdə Moskvada Azərbaycan ictimaiyyətinin etiraz aksiyalarının iştirakçısı, tərcüməçi və publisist İlham Bədəlbəyli, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxış edərək bu faciəyə ədalətli mənəvi və hüquqi qiymətin verilməsinin zəruriliyini vurğulayıblar.
Sonra Qara Yanvar faciəsi haqqında sənədli film nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar