Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA-nın Folklor İnstitutunda olub. İnstitutun direktoru Muxtar İmanov qonağı salamlayaraq elm ocağının tarixindən, Azərbaycan folklorundan söz açıb, xalqın zəngin mənəvi dünyasının öyrənilməsinin mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Öz növbəsində qonaq Misir Mədəniyyət Mərkəzinin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə danışıb, gələn ay Misir xalq yaradıcılığına aid keçiriləcək tədbir barədə məlumat verib.
Söhbət zamanı Misirdə Azərbaycan folkloruna aid əlyazmaların araşdırılması, Azərbaycan dastanlarının, xalq ədəbiyyatının ərəb dilinə, Misir xalq ədəbiyyatı nümunələrinin isə Azərbaycan dilinə tərcümə olunması təklifləri müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar