Mayın 7-dən 11-dək Türkiyənin paytaxtında “Ankara hekayə günləri” mövzusunda beynəlxalq tədbir keçiriləcək. Xəzər Universitetindən bildiriblər ki, tədbirdə bu özəl ali təhsil ocağının təsisçisi, qəyyumlar və direktorlar şurasının sədri, professor Hamlet İsaxanlı iştirak edəcək. Beynəlxalq tədbir Ankara Universiteti və Çankaya bələdiyyəsinin təşkilatçılığı ilə gerçəkləşəcək.