F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 nömrəli filialının kollektivi Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 nömrəli məktəbin I-III sinif şagirdlərinin iştirakı ilə 28 May - Respublika Gününə həsr olunmuş “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı ədəbi-bədii tədbir keçirib.
Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək Azərbaycanın müstəqillik tarixindən, ümummilli lider Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətlərindən söz açıb. Qeyd olunub ki, hərbi vətənpərvərlik tərbiyəsində məktəblərlə yanaşı kitabxanaların da üzərinə mühüm vəzifələr düşür.
Sonra məktəblilər Əli Səmədlinin “Torpaqdan pay olmaz” nağılı, Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri əsasında hazırladıqları səhnələri təqdim ediblər. Vətənpərvərlik mövzusunda slaydlar nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar