Buxarada ənənəvi beynəlxalq festival və konfrans

Özbəkistanın qədim Buxara şəhərində “İpək və ədviyyatlar” 15-ci beynəlxalq festival və konfrans keçirilib.
Ənənəvi festivala hər il dünyanın müxtəlif ölkələrindən minlərlə turist gəlir, alış-veriş edir, Buxaranın zəngin keçmişindən və təkrarolunmaz mədəni irsindən xəbər verən 400-dən artıq tarixi abidəyə maraqla baxır, heyranlıqlarını gizlətmirlər.
Satış-sərgidə Buxaranın mis üzərində döymə, dulusçuluq və zərgərlik məmulatları, güləbatın geyimlər, qobelenlər, atlas parçalar, araxçınlar, çini qablar, yun və ipəkdən hazırlanan milli geyimlər, Daşkənd ustalarının ağac üzərində oyma işləri, muncuq işləmələri, müxtəlif ədviyyatlar, müalicəvi otlardan hazırlanan dərmanlar nümayiş etdirilib.
Konfransda isə beynəlxalq təşkilatların. dünya dövlətlərinin nümayəndələri iştirak ediblər.
Ölkəmizi konfransda Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova və kəlağayı istehsalı ilə məşğul olan “Cahangir-T” firmasının rəhbəri Cəlil Tarıverdiyev təmsil edib.
R.İbrahimbəyova çıxışında Azərbaycanda ipəkçilik sənətinin dirçəldilməsi və kəlağayı haqqında ətraflı məlumat verib. Bildirilib ki, 2014-cü ildə Azərbaycan kəlağayısı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. C.Tarıverdiyev Böyük İpək yolu üzrə xüsusi turizm marşrutlarının yaradılmasını təklif edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar